خرید بک لینک

ÖN SÖZ

Yazanı : ustad Yəhya Şeyda

Həsən Əsədi (Şəbdizdən) bu təzəlikdə "Günəş Piyaləsi" unvanlı bir cild şe′r toplusunu gördük ki, şa′irin türkcə və farsca əsərlərin ihtiva edir .

Biz öncə bu şa′irdən "şəbtab dər yəlda" adında çap olan bir kitabın görüb, oxumuşduq .

Şəbdiz duyğulu və məfkurəli şa′irlərdəndir ki qələm ələ alan ğündən təlaş edib yazdığı şe′rlərində təzə tərkib və yeni məzmunlar yaratsın və ucsuz bucaqsız ədəbiyatımızı daha zənginləşdirsinlər . və demək bu zəminədə öz isti′dadı ölçüsündə na′iliyət edibdir.

Şəbdiz elədə yaşlı dəyil, hələlik 44 baharı ötməkdədir. Lakin şe′rləri elə axıcı və mühtəvalıdır ki , onu görməyənlər qocaman bir şa′ir olduğun düşünərlər . onun şe′rində bir cür "Himasə" çaşnısı duyulur ki ,oxucunu həyəcana gətirər ,ruhunda bir no′ı rəqs və hərəkət dalğalandırır. məsələn kitabın girişində oxuyuruq:

gecənin qəddi Kaman tək ,qocalıqdan büküləndə

səhərin çənli çağı ,dan yeri qaşdan söküləndə

şafağın al qanı sel tək, uca dağdan töküləndə

sıldırımlar,dərələr,zirvələr, ai qan boyanırlar

çeşmə şaqqıldayaraq ,qunçəli bağlar oyanırlar

Şəbdiz oynaq ,uzun bəhlərdə "vəznlərdə" artıq təb′ini sınağa çəkir . o bilir ki bu ölçüdə şe′rdə gərək ritm – müzik gözlənilsin ta onun ağırlığının tovun alsın, o daxili qafiyələr gətirməklə bu işi ustadanə yerinə yetirir . bir baxın :

duman yatıbdır dumanlıq üstə o tay dumandı, but ay dumandı

köçüb qaranlıq qaranlıq üzrə günəşli günlər bütün talandı

"nəbi","koroğlu" hayanda qaldız? Hayanda pozğun xiyala daldız?

dilim lal olsun, məgər qocaldız? Durum ki yardım edən zamandır

Şəbdiz kilasik, sərbəst, əruz və həca formasında şe′r yazmağa qadirdir, bu hissə şe′rlərdə təcrübə etmiş və örnəklər vermişdir . o"eşqin şərəfi" unvanlı şe′rində, şa′irə xitab söyləyir :

sən çəkən nisgil əgər toplana dağlar döşünə

daşların naləsi yerdən göyə qalxar şa′ir

baxtın aydın günəşi, gülmədi bir gün üzünə

ay günü, baxtı qara, gözləri ağlar şa′ir !

o ulu qəhrəmanlarımızı, el başçıların unutmayır, yeri gəldikdə onların vətənə,elə riyasız xidmətlərin xatırlayır . el qəhəmanların öz varlığına bir isalət və hüviyət sanır, çünkü dərindən bilir ki köksüz , ağac tez ayaqdan düşər. məsələn qəhrəman Babək həqqində deyir :

nə′rə çək Babək ki dağ nə′rəndə, dağlar qaynasın

dağ gözündən qan calansın, qan bulağlar qaynasın

nə′rə çək Babək, günəş qırsın qaranlıq zəncirin

dostağından nə′rə çəksin, çənli dağlar qaynasın

"günəş bayrağı" sərbəst şe′rindədə o digər qanlı, imanlı Azərbaycanlılar kimi azadlıq uğrunda qızıl qana batmağı böyük şərəf və izzət sanır .

o bilir ki, indiyədək bu tökülən qızıl və şərəfli qanların kölgəsində istiqlaliyət və hüviyyətimiz qorunub, elimiz, dilimiz, dinimiz yabancı hucumlardan hifz olubdur . bu parçaya diqqət yetirin :

qanlı duşman arxayın ol,

əgər məni doğrasalar,

şərəfimin damarından, qan sel axıb,

qalaların sındıracaq .

qeyrətimin qızıl qanı qızıl dalğa doğa doğa !

azadlığa yol açacaq sən zalimi boğa boğa !

Şəbdizə əl, qolun ağrımasın deyib, digər əsərlərini intizar çəkirik .

Məhde Azadi qəzeti, 2464 inci sayısı

Thu 30 Aug 2001.

برچسب: نویسنده: پرهام رضایی تاريخ: پنجشنبه 25 بهمن 1397 ساعت: 2:58

صفحه بندی